ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma uzunmüddətli olmalıdır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Mən İranla elə bir razılaşma bağlamaq niyyətindəyəm ki, hətta 4, 15 və ya 20 ildən sonra səriştəsiz bir prezidentimiz olsa belə, imzaladığım sənəd dəyişməz qalsın. Mən onlara nüvə silahına malik olmaq imkanının verilməsinə yol verməyəcəyəm", - o deyib.

Tramp həmçinin qeyd edib ki, İranda hakimiyyət dəyişikliyində maraqlı deyil.

.