Ağdam rayonunda məktəbli qıza sahibsiz itlərin hücumu qeydə alınıb.

Hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən 150 saylı tam orta məktəbin yaxınlığında baş verib.

Belə ki, hazırlıqdan evə qayıdan yeniyetmə qız bir neçə itin hücumuna məruz qalıb. Yaxınlıqda olan sakinlərin köməyi ilə qız itlərin əlindən xilas edilib.

Hadisə anbaan müşahidə kameralarına düşüb.

Sakinlərin bildirdiyinə görə, son iki gündə qəsəbədə insanların itlərin hücumuna məruz qalması ilə bağlı üç analoji hadisə baş verib.

.