Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, professor Cəmilə Qurbanova Oksford Akademik Birliyi və Beynəlxalq Sokrates Komitəsi tərəfindən "Name in Science” mükafatına layiq görülüb. Mükafat C.Qurbanovanın uzun müddətli elmi fəaliyyətinə, milli elmin inkişafına verdiyi töhfələrə, regional və qlobal sosial və tibbi problemlərin həllindəki roluna görə verilib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mükafat "Elmi Ad” medalı və "Dünya elminə verilən töhfə”yə, XXI əsrin alimləri siyahısına daxil olduğuna görə fəxri diplomdan ibarətdir.
.