
Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.
Bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.
Onun sözlərinə görə, atəşkəs bu axşamdan etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, son günlər Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.
.