Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yeni tərkibi müəyyənləşib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, həmin komissiyanın işinə MSK sədrinin müavini sədrlik edir və komissiyanın rəhbəri hesab olunur.

Komissiyanın tərkibi aşağıdakı kimidir:

MSK üzvləri: Rövzət Qasımov, Ramiz İbrahimov, Qabil Orucov, Almaz Qəhrəmanlı,  Nailə Əsgərova, İlkin Şahbazov.

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş Mərkəzinin nümayəndəsi, BŞİH-in təmsilçisi də sözügedən komissiyanın tərkibində iştirak edəcək.

Qərar səsə qoyularaq yekdilliklə qəbul edilib.

.