Slovakiya Qarabağda yeni layihələr həyata keçirməyi planlaşdırır.
Bu barədə "Report"a Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.
Onun sözlərinə görə, hazırda Slovakiya Ağdamda "Ağıllı kənd" layihəsini həyata keçirir.
"Biz növbəti layihə olan Forest Park layihəsini də Ağdamda həyata keçirməyi planlaşdırırıq. Bu, daha çox sosial yönümlü bir proqram olacaq", - diplomat qeyd edib.
O əlavə edib ki, Slovakiya Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıqda da maraqlıdır.
"Bizi məhz Qarabağda kənd təsərrüfatı sahəsində müxtəlif proqramlar maraqlandırır. Biz öz şirkətlərimiz vasitəsilə iştirak etmək və bu sahədə öz təcrübəmizi bölüşmək istərdik", - E.Qasımov bildirib.
.
