Fransa iqtisadiyyatı narahatlıq doğuran vəziyyətdədir.
"Report" "Ouest-France"a istinadən xəbər verir ki, bu barədə Fransa Bankının rəhbəri Emmanuel Mulen RTL radiostansiyasının efirində bildirib.
"Fransa təhlükədə deyil, lakin narahatlıq doğuran vəziyyətdədir", - o deyib.
Mulenin sözlərinə görə, iqtisadi artımın bərpası və dövlət büdcəsi kəsirinin azaldılması üçün tədbirlər görmək lazımdır.
O, həmçinin qeyd edib ki, Fransa iqtisadiyyatı Hörmüz boğazının fəaliyyətindəki fasilələrin nəticələri, eləcə də kənd təsərrüfatı istehsalına və tikinti sektoruna təsir edən isti hava və aviasiya sahəsindəki problemlər də daxil olmaqla, digər xarici amillərlə üzləşir.
"Çətinliklərin öhdəsindən gələn ölkələr bunun üçün səy göstərən ölkələrdir", - Mulen İspaniyanı misal çəkərək bildirib.
O, həmçinin Fransada iqtisadi artımın mülayim templərlə bərpa olunacağı qənaətindədir.
+-
.
