
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edəcək.
Məlumatı “News.mrud.ir” yayıb.
Bildirilib ki, o, İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşüb. Rəsmilər İran Astarasında birgə sərhəd layihələrinin sahə tədqiqatının aparılması barədə razılıq əldə ediblər.
Məlumata görə, görüş zamanı Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının rəhbərlərinin iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlığın inkişafı, xüsusilə sərhəd layihələri sahəsində məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Rəsmilər "Astara" sərhəd terminalının və sərhəd körpülərinin tikintisi də daxil olmaqla birgə sərhəd layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Razılaşdırılıb ki, Şahin Mustafayev yaxın zamanda birgə layihələrin həyata keçirilməsinin cari vəziyyətini ərazidə tədqiq etmək və qiymətləndirmək üçün Astara şəhərinə səfər edəcək. Səfər zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində iki ölkə arasında müxtəlif iqtisadi məsələlər nəzərdən keçiriləcək, təhlil ediləcək, həmçinin tərəflər layihələrin irəliləməsi və mümkün maneələrin aradan qaldırılması yolları barədə danışıqlar aparacaq, fikir mübadiləsi edəcəklər.
.