Rusiyadan alınan “Sputnik V” vaksinlərinin hava limanına gəliş vaxtı dəyişdirilib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, vaksinlər ölkəyə sabah, mayın 2-də gətiriləcək.

***

Azərbaycanın Rusiyadan aldığı koronavirusa qarşı tətbiq olunan vaksinin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub.

Vaksinlər bu gün Bakıya gətiriləcək. 

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. 

.