“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronalduya milli komandaların ən yaxşı bombardiri mükafatı təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra 37 yaşlı hücumçu jurnalistlərlə duyğularını bölüşüb:

“Mən çox məmnunam. Artıq mükafatlar üçün darıxmağa başlamışam. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm”.

Qeyd edək ki, K.Ronaldu 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırdığını da bildirib.

.