"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun sahə və ölkə risklərini təhlil edib və qiymətləndirib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, dövlətin büdcə vəsaitlərinin idarə olunması da daxil olmaqla makroiqtisadi sabitliyin təmin olunmasına fokuslanacağı gözlənilir. Eyni zamanda, maliyyə sistemi nisbətən zəif olaraq qalır və hələ də bank sektoruna güclü təsir göstərən düzəliş mərhələsindədir.

Agentlik Azərbaycanın bank sektorunda sahə riskinin inkişaf tendensiyasını sabit kimi qiymətləndirir.

“Biz bank sektorunun strukturunun dəyişməz qalacağını və aktivlərin yüksək konsentrasiyasını gözləyirik. Bank sisteminin əsas müştərilərin baza depozitlərinin nisbətən yüksək səviyyəsi ilə fərqləndiyinə və xarici maliyyələşdirilmə mənbələrindən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illərdə manatın kəskin devalvasiyası xarici valyutada maliyyələşdirilmə payının bank müştərilərinin vəsaitlərinin 60%-ni üstələməsinə görə bankların valyuta aktivlərinin və öhdəliklərinin həcminin uzunmüddətli qeyri-balansızlılığa gətirib çıxarıb”, - "S&P"nin məlumatında deyilir.

"S&P"ə görə bank sektoru üzrə əsas faktlar

Güclü tərəflər:

- iqtisadi dövriyyənin mövcud və potensial mənfi təsirlərinin risklərini qismən yumşaldan, böyük həcmdə olan dövlət xarici aktivləri və nisbətən aşağı borcun mövcudluğu;

- beynəlxalq müqayisədə orta səviyyədə olan özəl sektorun borcu və xarici maliyyələşdirilmə mənbələrindən əhəmiyyətli dərəcədə asılılığın olması.

Zəif tərəflər:

- aşağı neft qiymətləri və COVID-19 pandemiyası fonunda artan iqtisadi risklər;

- yerli valyutanın ucuzlaşmasından sonra müştəri depozitlərinin yüksək dollarazasiyası, bank sektorundakı valyuta və kredit risklərini artırması.

- beynəlxalq müqayisədə zəif idarəetmə və şəffaflıq.

.