İspaniyanın "Real Madrid" klubunun və Uels millisinin futbolçusu Qaret Beyl karyerasını başa vura bilər.

33 yaşlı vinger mövsümün sonunda futbolla vidalaşmağı düşünür.

Madrid təmsilçisi Beyl ilə müqaviləni yeniləmək fikrində deyil. Onun karyerası barədə yekun qərarı Uels yığmasından asılı olacaq. Komanda Qətərdəki dünya çempionatına vəsiqə qazana bilsə, ulduz futbolçu yeni klub axtaracaq. Əks halda, Beyl karyerasını bitirəcək. O, artıq özünü maddi cəhətdən təmin etdiyi üçün bu addımı atmaq niyyətindədir.

Qeyd edək ki, Uels yığması pley-offda Avstriyanı yenəcəyi təqdirdə, Şotlandiya - Ukrayna duelinin güclüsü ilə üz-üzə gələcək.

.