Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağdakı rus sülhməramlılarının atəşkəsin və bütün döyüş əməliyyatlarının dayandırılmasına nəzarət edəcəyini bildirib.

“Bu, təminatdır. Döyüşlərin dayandırılması tərəflərin, yəni Azərbaycan və Ermənistanın razılığı ilə baş verib. Sülhməramlılar məhz atəşkəsi qorumağa çağırılıb”, - deyə D.Peskov qeyd edib.

D.Peskov əlavə edib ki, sülhməramlılar əldə olunmuş razılığa uyğun olaraq silahlanıblar və müəyyən texnikaya malikdirlər.

.