Naxçıvan, Qazax, Tovuz istiqamətlərindəki mövqelərimizi ələ keçirmək üçün Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi və hələ də davam edən təxribatları Paşinyan qərbyönümlü doktrinanın bir hissəsidir və Cənubi Qafqazda böyük regional ölkələrin, ilk növbədə - Rusiya və Türkiyənin iştirakı ilə geniş hərbi əməliyyatlar zonası yaratmaq məqsədini güdür.

Paşinyan və onun cinayətkar dəstəsi yaxşı bilir ki (2016-cı iln aprelini xatırlayasaq), Azərbaycan silahlı qarşıdurma vəziyyətində, BMT-nin 51-ci maddəsinə əsaslanaraq, beynəlxalq birliyin də tanıdığı ərazilərini qanunsuz silahlı dəstələrdən azad etmək hüququna malikdir və heç bir ölkənin erməni separatçılarına bu və ya digər yardımı göstərməyə haqqı yoxdur. Əslində, ermənilərə kömək etməyə onların niyyəti də yoxdur.

 
Yalnız geniş silahlı qarşıdurmalar Ermənistana KTMT üzvlərinə, ilk növbədə Rusiyaya hərbi yardım üçün rəsmi müraciət etməsi üçün imkan verəcək. KTMT çərçivəsində müttəfiq müqavilələrdən savayı, Ermənistanla Rusiya arasında birbaşa hərbi sazişin olduğunu xatırlasaq və Ermənistanda bir Rusiya hərbi bazasının olmasını da nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Rusiyanın münaqişədə iştirakı rəsmi olaraq qaçılmaz olacaq! Bəs Rusiya bu münaqişədə iştirak etmək istəyəcəkmi? KTMT-nin digər üzvləri də onu dəstəkləyəcəklərmi?

 
Bununla yanaşı, belə bir vəziyyətdə Türkiyənin də susmayaraq qardaş Azərbaycan xalqını hər cür dəstəkləcəyi açıq-aşkar ortadadır. Beləliklə, Rusiya Federasiyasının tərkibinə daxil olan Şimali Qafqaz respublikaları da daxil olmaqla böyük regional dövlətlər, hətta bəzi qeyri-regional dövlətlər də bu münaqişəyə cəlb ediləcəkdir.

 
Ermənistan rəhbərlərini xatırlayaq:
 

1.Prezident Armen Vardanoviç Sarkisyan (9 aprel 2018-ci ildən etibarən). 1992-1993-cü illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri olub. 1993-1994-cü illərdə Ermənistanın Avropadakı və Avropa Birliyindəki baş səfiri, 1995-1996 - Ermənistanın Belçika Krallığındakı səfiri vəzifələrində işləyib. Bundan əlavə, o, Ermənistanın Avropa Katolik Birliyinə rəhbərlik etmiş, Ermənistanın Vatikandakı səfiri, Ermənistanın Lüksemburqdakı səfiri, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyadakı xüsusi və səlahiyyətli səfiri olmuşdur. Vaxtiylə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta Armen Sarkisyanı Ermənistanın prezidentliyinə gəlişi münasibətilə təbrik edib. Bəlkə kimsə İngilis kraliçasının MDB ölkələrinin prezidentlərindən hansınısa təbrik etdiyini xatırlayır? Sirr deyil ki, məhz Böyük Britaniya kraliçası və Roma Papası Qərb katolik birliyinin bütün siyasətini müəyyənləşdirirlər.
 

2. Ermənistanın müdafiə naziri David Tonoyan. 1998-ci ildən bəri NATO əməliyyatları komandanlığında müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildə Ermənistan müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi təyin edildi.

 
3. Ermənistanın BMT-dəki nümayəndəsi Zohrab Mnatsakanyan respublikanın yeni xarici işlər naziri təyin olundu.

 
4. Mane Tandilyan - keçmiş əmək və sosial işlər üzrə nazir. Ermənistandakı Amerika Universitetinin idarəetmə şöbəsini idarəetmə magistr dərəcəsi ilə bitirib. Əsasən Qərb təşkilatlarında işləyib, son vəzifəsi - "Sinopsis Armenia" QSC-də olub. Sonra isə o, qərbyönümlü "Elk" blokunun tərkibində parlamentdə yer tutdu. Qeyd edək ki, məhz Qərbin himayəsinə ümid edərək, seçicilər anti-rus yönümlü "Elk" blokuna səs verdilər.

 
5. Araik Harutyunyan - təhsil və elm naziri. 2005-2006-cı illərdə Helsinki İnsan Haqları Assosiasiyasında işləyib, 2014-cü ildə isə Transparency International beynəlxalq antikorrupsiya təşkilatının üzvü olub.

 
6. Armen Qriqoryan, Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi. YDU-nun beynəlxalq münasibətlər fakültəsini və Amerika Universitetini bitirib, Transparency International-da çalışıb.


7. Tiqran Avinyan - vitse-premyer. Rusiya-Ermənistan (Slavyan) Universitetini bitirib. Qeyd etmək lazımdır ki, bu, Ermənistan Respublikası ərazisində fəaliyyət göstərən yeganə anti-Rusiya qurumudur. Məhz orada Holodomor müzakirə edildi, Amerika sovetoloqları tərəfindən Rusiya əleyhinə mühazirələr verildi, özü də Rusiya büdcə vəsaitləri hesabına!

 
8. Lilit Makunts - mədəniyyət naziri (Nikol Paşinyanın birinci kabinetində). Yerevan Dövlət Universitetinin Romano-Alman filologiyası fakültəsini bitirib, ABŞ-ın Tufts Universitetinin Fletcher Yay məktəbində diplom kursunu bitirib. 2018-ci ilin fevral ayında Rusiya-Ermənistan Universitetinin Beynəlxalq münasibətlər və əməkdaşlıq kafedrasının müdiri vəzifəsini tuturdu. Rusiya-Ermənistan Universitetində işləyir.

 
Bu gün 1000-dən çox ABŞ vətəndaşı Ermənistanın müxtəlif hökumət strukturlarında çalışır və onların fəaliyyəti J.Soros Fondu tərəfindən maliyyələşdirilir. ABŞ-ın İrəvandakı səfirliyinin 9 hektardan çox ərazini əhatə etməsi təsadüfdürmü? Amerikanın Ermənistandakı səfiri Con Ordveyin dediyi kimi, bu, ABŞ-ın dünyadakı ən böyük diplomatik nümayəndəliyidir.

 
Qarabağ münaqişəsinin həlli ilə bağlı Paşinyanın bütün bəyanat və təklifləri problemin kəskinləşməsinə və sülh danışıqları çərçivəsində həlli mümkün olunmayan istiqamətə yönəltmək məqsədi daşıyır. Onu da deyək ki, Paşinyan buna nail olmağı bacardı!

İndi isə, necə deyərlər, "Marlezon baletinin ikinci hissəsi", yəni Azərbaycan sərhədlərində bir sıra genişmiqyaslı təxribatlar baş verir. Yeri gəlmişkən, rus tarixi üzrə ixtisaslaşmış tarix elmləri doktoru Vladimir Buldakov, Vitali Tretyakovun "Nə etməli?" proqramında Qabriel Lazyanın 1946-cı ildə Qahirədə erməni dilində nəşr olunmuş "Ermənistan və Türk Məhkəməsi" kitabından sitatlar gətirmişdi.

 
“Armenakan” Partiyasının proqram mövqeyi. 1885-ci il.

- Ermənistanı kim azad etməlidir?

- Erməni xalqı özü.

- Ermənilər mübarizə üçün nə vaxt ayağa qalxmalıdırlar?

- Böyük dövlətlər öz aralarında müharibə apardıqları zaman.

- Ermənilər hansı metodlarla hərəkət etməlidirlər?

- Vəziyyətdən asılı olaraq müxtəlif metodlarla. Bəzən silah, bəzən pul, bəzən də xaricilərin köməyi ilə”.

 
"Hnçak” Partiyasının 1888-ci il üçün proqram mövqeyi Türkiyə İmperiyasındakı üsyana xüsusi diqqət yetirir:

Vasitə: hücum üçün zərbəçi hissələrin terror fəaliyyətlərinin təbliği, üsyançılardan ibarət müntəzəm birləşmələrin yaradılması.

Müddət: Türkiyəyə qarşı hər hansı bir böyük dövlətlətin müharibə apardığı zaman".
 

Bax belə! Bütün bunlar Paşinyanın hərbi gərginliyin gücləndirilməsi istiqamətində apardığı siyasətdə öz əksini tapır. Nikol Paşinyan əcəlinə susayıbsa, müharibəyə hazır olsun! Ermənistanı tarixdə ilk dəfə olaraq Azərbaycanın sayəsində qazandığı dövlətçiliyindən məhrum etmək üçün bizim hər cür imkanınız var!

“Yeni Zaman” Partiyasının Mərkəzi Şurası Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətini tam dəstəkləyir.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı güclü cavabından sonra Paşinyan, yəqin ki, erməni xalqı üçün mümkün fəlakətli nəticələrə görə bütün məsuliyyəti artıq dərk etməyə başlayıb.

 

.