Suriya keçid hökumətinin qoşunları ölkənin şərqindəki Deyr əz-Zor vilayətində Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki YPG/PKK silahlıları ilə toqquşublar.

Bu barədə "Syria TV"yə istinadən xəbər verir.

Bildirilir ki, SDQ koalisiyasından olan YPG/PKK dəstələri hökumət qoşunlarının müdafiəsi altında olan əraziyə daxil olmağa cəhd göstəriblər.

Lakin hərbi qulluqçular onların hücumlarını dəf edərək tutduqları mövqeləri qoruyublar.

Tərəflər arasında atışma bir neçə saat davam edib.

.