"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri kimi "Qızıl buts"u qazanıb.
Mükafat Fort-Loderdeyl şəhərindəki (Florida, ABŞ) "Çeyz" stadionunda keçirilən "Naşvil"lə 1/8 final pley-off matçından əvvəl təqdim olunub.
Adi mövsümdə 38 yaşlı argentinalı 28 matçda 29 qol vuraraq, ən yaxın izləyiciləri Denis Bouanqa (Los-Anceles) və Sem Sarrici (Neşvill) beş qolla qabaqlayıb.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 82 oyun keçirib, 71 qol vurub və 37 məhsuldar ötürmə verib. "Transfermarkt"ə görə, onun bazar dəyəri 18 milyon avrodur.
.
