Tailandın və Kambocanın baş nazirləri Anutxin Çanvirakun və Hun Manet ABŞ prezidenti Donald Trampın iştirakı ilə Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində “sülh sazişi”ni imzalayıblar.

Bu barədə Taylandın yerli mediası xəbər yayıb.

Qeyd edək ki, Tailand XİN-in informasiya departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalangkunun daha əvvəl verdiyi məlumata görə, tərəflər əslində sülh sazişini deyil, münaqişənin sülh yolu ilə həlli üçün əsas yaratmalı olan birgə bəyannaməni imzalayırlar.
 

.