Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O'Braynla görüşüb.

Məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi məsələsi ətrafında müzakirə olub.

Bundan başqa, N.Painyan ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasının İrəvanda keçirilməsinin vacibliyini vurğulayıb, tədbirin çoxsahəli əməkdaşlığın gələcək inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini vurğulayıb.

Xatırladaq ki, iyunun 11-də İrəvanda ABŞ-Ermənistan Strateji Dialoqun yekun toplantısı keçirilib.

.