İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı atılacaq sonrakı addımları müəyyənləşdirmək üçün şənbə günü Nazirlər Kabinetinin iclasını keçirəcək.

Yenizaman “i24news”a istinadən xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

O bildirib ki, toplantıda hərbi cəhətdən qarşıya qoyulan üç hədəfə nail olmağın yolları nəzərdən keçiriləcək:

“Qarşı tərəfin məğlub edilməsi, girovların azadlığına nail olmaq, eləcə də Qəzzanın artıq İsrailə təhlükə yaratmasına imkan verilməməsi əsas məqsədlərimizdir. Mən orduya Qəzzada bu üç məqsədə nail olmaqla bağlı tapşırıq verəcəyəm”.

.