Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB ) İqtisadi Şurasının iclası keçirilib.

Iclasda Azərbaycanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.

İclasın gündəliyində MDB-yə üzv ölkələrin arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri əsas yer tutub.

Bundan başqa, iclasda Birlik ölkələrinin 2030-cu ilədək olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının işləyib hazırlanması müzakirə edilib.
.