Mingəçevir Dövlət Universitetinə rektor vəzifəsini müvəqqəti icra edən təyin olunub.
Universitetdən verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin 2024-cü ilin 3 iyun tarixində imzaladığı müvafiq əmrlə Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub. Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazir E.Əmrullayevin müvafiq tarixli digər əmrinə əsasən Ü.Zeynalov MDU rektorunun vəzfisəni müvəqqəti icra edən təyin olunub.
2024-cü ilin 4 iyununda Ü.Zeynalovun təqdimatı olub. Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdimatınını Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov təqdim edib.
.