ABŞ-nin müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülərlə telefon danışığında Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizədə sıx koordinasiyanın vacibliyini vurğulayıb.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin bəyanatında deyilir.

Onun sözlərinə görə, hərbi idarələrin rəhbərləri Suriyadakı mövcud vəziyyət barədə danışıblar. Ostin İŞİD-i məğlub etmək missiyasında gələcək uğurlar üçün sıx və davamlı koordinasiyanın son dərəcə vacib olduğunu vurğulayıb.

Nazirlər həmçinin Suriyada daha çox təhlükəsizlik və sabitliyin təmin olunması üçün şəraitin yaradılmasının vacibliyini müzakirə ediblər.

Türkiyənin Milli Müdafiə Nazirliyi daha əvvəl Gülər və Ostinin ikitərəfli münasibətlər, Suriyada regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etdiklərini xəbər verib. Dekabrın 8-də telefon danışığında isə Ostin və Gülər Surya Ərəb Respublikasında gərginliyin qarşısını almağın vacibliyini, həmçinin ABŞ qüvvələri və tərəfdaşları üçün risk olduğunu qeyd ediblər.

.