
Lənkəran şəhərinin mərkəzində elektrik və rabitə dirəkləri, o cümlədən iri gövdəli ağaclar aşıb.
Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, ötən gecədən indiyə kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb.
***
Lənkəran şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır.
Ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.
Ötən gecədən bu saata kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda rayon ərazisində qarın yağması davam edir.
.