Azərbaycanın sərfəli mobil operatoru “Nar” yenilənmiş mağazasını bu dəfə Ağstafa şəhərində təqdim etdi. Yeni konseptli mağaza “Nar”ın bütün ölkə boyunca xidmətlərininəlçatanlığını və müştəri məmnuniyyətini yüksəltmək siyasətini nümayiş etdirir.
Göz oxşayan xarici görünüşü ilə Heydər Əliyev prospekti 40 ünvanında yerləşən yeni konseptli mağazanın peşəkar heyəti hər bir müştəriyə fərdi yanaşma göstərərək onların istəklərinə uyğun xidmətlər təqdim etməyə hazırdır. Mağaza “Nar” xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirir.
“Bugün ölkənin ən qərb regionlarından biri olan Ağstafada yeni konseptli “Nar” mağazasının açılışını etməkdən çox məmnunuq” – deyə “Nar”ın (Azerfon MMC) Baş İcraçı Direktoru Qunnar Panke bildirib.Onun sözlərinə görə, yenilənmiş mağaza bölgələrdə yaşayan müştərilərə daha da yaxın olmaq və onların gözləntilərini öyrənmək üçün imkan yaradır:“Bu addım “Nar”ın, sərfəli xidmət strategiyası ilə doğru yolda olduğunu bir daha təsdiqləyir”.
Paytaxtda və regionlarda sizə yaxın “Nar” mağazasının ünvanını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.

.