Cari ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 547,9 milyon manat olub.

Trend-in məlumatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3 faiz artaraq 275,2 milyon manat olub.

Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% azalaraq 366,8 mln manat təşkil etmişdi. 2021-ci ilin iyulun 1-dən etibarən karantin qaydalarında bəzi yumşalmalar ictimai iaşə dövriyyəsinin artmasına səbəb olub.

.