“Rusiyanı Ukrayna üzrə Sülh Konfransına dəvət etmək istəyirdik, lakin rəsmi Moskvanın bu tədbirdə iştirak etməyəcəyi barədə bəyanatından sonra fikrimizdən daşındıq”.

Bunu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində İsveçrənin Prezidenti Viola Amherd bildirib.

O deyib ki, Rusiya Ukrayna məsələsi ilə bağlı növbəti sammitdə təmsil oluna bilər.

Amherdin sözlərinə görə, artıq Hindistan tədbirdə iştirakını təsdiqləsə də, Cənubi Afrika Respublikası yekun qərarını açıqlamayıb:

“Bu istiqamətdə müzakirələr davam edir. Çünki biz Ukrayna məsələsinin müzakirə olunacağı platformada təkcə Qərbi Avropa ölkələri və ABŞ da daxil olmaqla 80 ölkənin deyil, digər maraqlı tərəflərin də iştirakını istərdik”.

Xatırladaq ki, Ukrayna üzrə Sülh Konfransı 15-16 iyun tarixlərində İsveçrədə keçiriləcək.


 

.