İspaniya polisi Barselona limanında düyü kisələrində gizlədilən 4 ton kokain müsadirə edib.

Reuters xəbər verir ki, Mülki Qvardiya İspaniya, Paraqvay və Böyük Britaniyada fəaliyyət göstərən beynəlxalq cinayətkar qrupun fəaliyyətini dayandırıb.

Krallığın hüquq-mühafizə orqanları 2023-cü ildə Paraqvaydan paytaxta konteynerlər düyü daşıyan ispan şirkəti ilə bağlı araşdırmaya başlayıb. Yoxlamaların birində rekord sayda narkotik partiyası aşkar edilib.

Açıqlamada bildirilir ki, qaçaqmalçılar kokaini Avropaya göndərməzdən əvvəl plastik torbalara yerləşdirərək əllə tikilmiş düyü torbalarında gizlədiblər. Əməliyyat zamanı 8-i İspaniya, daha 2-si Paraqvay olmaqla qruplaşmanın 10 üzvü saxlanılıb.

.