İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Bu barədə "Al Jazeera" İran mediasına istinadən məlumat yayıb.

Bildirilib ki, PUA Kuhestak bölgəsində Sirik şəhərinin sahilində vurulub.

İran HDQ ölkənin ərazi bütövlüyünü, dəniz sərhədlərini və maraqlarını qoruyarkən bir an belə tərəddüd etməyəcəklərini bir daha bəyan edib.

Mediada həmçinin zərərsizləşdirilmiş aparatın hissələrinin əks olunduğu ehtimal edilən görüntülər də yayılıb. "Al Jazeera" qeyd edir ki, bu kadrların həqiqət olub-olmadığı hələ təsdiqlənməyib.

.