İyunun 11-də İrəvanda Ermənistan-ABŞ Strateji Dialoqunun yekun iclası keçiriləcək.
“news.am”-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, toplantı çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşü olacaq.
Toplantının əvvəlində Ararat Mirzoyan və Ceyms O`Brayen çıxış edəcək, yekunda isə tərəflərin adından birgə bəyanat yayılacaq.
.
