
Hələlik İranın ABŞ-la danışıqlar aparmaq planı yoxdur.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
O, çıxışında İranın hazırda ABŞ-la danışıqlar aparmağı planlaşdırmadığını bildirib.
"İstənilən mümkün danışıqlar prosesində ölkənin müdafiə qabiliyyəti müzakirə mövzusu olmayacaq", - deyə o qeyd edib.
.