Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.

Bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır: “Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir. Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb: “Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.

Prezidentin köməkçisi: Azərbaycan qlobal Şimal və Cənub arasında körpü ola bilər

Bakıda keçiriləcək “COP29” konfransının əsas mövzusu kifayət qədər mürəkkəb məsələ olan iqlim üçün maliyyə olacaq. Amma Azərbaycanın bir sıra üstünlükləri var ki, bu da ona müxtəlif mövqe və baxışa malik olan tərəflər arasında konsensusa nail olmağa imkan verə bilər.

Bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu çətin məsələdir, həm də müxtəlif nöqteyi-nəzərdən tərəflər arasında konsensus tapmaqdır. Amma mən hesab edirəm ki, buna nail olmaq mümkündür”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal Şimal və Cənub fikirlərini bir araya gətirmək üçün əlindən gələni edəcək, eyni zamanda sonuncunun da səsi eşidilməlidir:

“Qlobal Cənub, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin özünəməxsus problem və çətinlikləri var, buna görə də Ziyan və Zərər Fondu yaradılmışdır. Maliyyə məsələləri və maliyyə resursları əsasdır”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın belə bir həll və konsensus tapmaq üçün strateji üstünlüyü var:

“Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, dünyanın demək olar ki, yarısını əhatə edən G77 və Çin qrupunun üzvüdür. Azərbaycan həm də bəzi Avropa qurumlarının üzvüdür və Aİ ilə əlaqələri mövcuddur.

Düşünürəm ki, belə bir mövqe konsensusun əldə edilməsində və həmçinin qlobal Şimal və Cənub arasında daha böyük həmrəyliyin əldə edilməsində mühüm rol oynayacaq”.

.