Dünya şöhrətli aktrisa və müğənni Selena Qomez milyarderlər siyahısına düşüb.
Bu barədə “Bloomberg” yazı dərc edib.
Məlumata görə, 32 yaşlı müğənni buna öz təsis etdiyi “Rare Beauty” gözəllik brendini bütün dünyada tanıtdırmaqla nail olub.
Selena gözəllik brendinin uğurundan sonra təxminən 1,3 milyard dollar sərvət toplayıb.
O, həm də adını Hollivudun ən gənc milyarderlərindən biri kimi tarixə yazdırıb.