Fransada Emmanuel Makronun siyasətinə qarşı tələbə və lisey təşkilatlarının təşkil etdiyi etiraz aksiyaları keçirilir. Aksiyalar solçu partiyalar (NFP, LFI, PCF, Ekoloqlar) tərəfindən dəstəklənir.
Yenizaman bu barədə Fransa KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən təşkil olunan nümayişlər “Emmanuel Makronun çevrilişinə qarşı və demokratiya uğrunda yürüş” devizi ilə keçirilir.
Təxminən 150 şəhər və qəsəbədə baş verən nümayişlərdə iştirakçı sayının 30 minə çatacağı gözlənilir.
Xatırladaq ki, prezident Emmanuel Makronun Mişel Barnyeni Baş nazir təyin etməsi ölkədə ciddi narazılıq doğurub.
.