Mətbuat Şurasının Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “qaynar xətt”i fəaliyyətini başa vurub. Gün ərzində səsvermə prosesini işıqlandıran media subyektlərinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə heç bir zəng daxil olmayıb. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan başa çatdığı 19.00-dək jurnalistlərin ixtiyarında olub.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavinləri Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, Vüqar Zifəroğlu 17 saylı Yasamal 3-cü seçki dairəsinin 18 saylı məntəqəsində, İH üzvləri - Əflatun Amaşov 21 saylı Birinci Nəsimi seçki dairəsinin 17 saylı məntəqəsində, Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Müşfiq Ələsgərli həmin dairənin 23 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aqil Ələsgər 70 saylı Neftçala seçki dairəsinin müxtəlif məntəqələrində prosesi izləyiblər. Onlar hansısa pozuntu faktı aşkarlamayıblar.
.