Fövqəladə Hallar Nazirliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) birgə təlim keçirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Təlim M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda olub.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.
.