NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ-da keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq.
R.T.Ərdoğan, həmçinin Ukraynada davam edən müharibə barədə də danışıb: “NATO müharibənin tərəfi olmamalıdır. Biz müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarıyıq və bunun üçün çalışırıq”.
.