Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

Yenizaman NTV-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti CHP sədri Özgür Özellə görüş keçirir.

Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir. Ərdoğan 2006-cı ildə ovaxtkı sədr Deniz Baykalla CHP-nin Baş qərargahında görüşmüşdü.

Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.

.