Ən çox gəlir əldə edən futbolçuların reytinqində lider dəyişib.

2014-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldo və Lionel Messi “Forbes”in versiyasına görə, dünyanın ən yüksək maaş alan futbolçuları siyahısına başçılıq edə bilməyib. Bu dəfə onları 128 milyon dollar gəlirlə fransız futbolçu Kilian Mbappe qabaqlayıb.

“PSJ-nin hücumçusu Kilian Mbappe 2014-cü ildən bəri ilk dəfə olaraq dünyanın ən çox maaş alan futbolçusu olub.

Fransalı 2022-2023-cü il mövsümündə 128 milyon dollar qazanacaq. Bu, dünyanın ən yüksək maaş alan futbolçuları reytinqi üzrə rekord məbləğdir.

Mütəxəssislərin hesablamalarına görə, mayda PSJ ilə yeni üç illik müqavilə imzalayan Mbappe 110 milyon dollar maaş alacaq.

Eyni zamanda “Nike”, “Dior”, “Hublot”, “Oakley” və “Panini” ilə sponsorluq müqavilələrindən də daha 18 milyon dollar əldə edəcək.

.