"İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dayanıqlı sülhün mühüm şərtidir”.

Bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, məqsəd dövlətlərin, beynəlxalq təşkilatların təcrübələrini bir araya gətirməkdir: “1988-ci ildən Ermənistanın işğal siyasəti xalqımız üçün ağır nəticələr doğurub. Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir”.

Oktyabrın 1-nə olan məlumata görə, 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

“Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.

Bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri axtarışlar üçün yeni imkanlar yaradıb: “Ümumilikdə 11 576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. 1 oktyabra qədər 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir”.

Ermənistan itkinlərlə bağlı şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

“Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq".

Bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, Ermənistan itkinlərlə bağlı bütün məlumatları təqdim etməli, arxivlərin açılması, şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.

Ermənistan saxlanma yerlərində öldüyü bildirilən 33 əsir və itkinin meyitini qaytarmayıb, 4 nəfərin taleyi açıqlanmayıb

Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.

Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim ediblər: “Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər.

Biz azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aidolduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif etmişik. Ermənistanın 2026-cı ilinyanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyənetməyib. Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçünəməkdaşlığa hazırıq.

Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistanitkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütünməlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinintoplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyətolmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aidməlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır".

Əsir və girovlarla bağlı cinayət izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntusudur

"Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib”.

Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir: “Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayət izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır.

Bu nəticələr Prezident İlham Əliyevin xüsusi diqqəti, dövlət səviyyəsində aparılan sistemli iş və mütəxəssislərimizin əməyi sayəsində mümkün olub. Hər bir eyniləşdirmə bir ailənin illərlə cavabsız qalmış sualına cavabdır. Ailələrlə həssas ünsiyyət, onların müntəzəm məlumatlandırılması və dəstəklənməsi işimizin ayrılmaz hissəsidir".

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Problemin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir.

Bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, Prezident İlham Əliyevin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrəxüsusi mexanizmin yaradılması təşəbbüsü bu baxımdan mühüm əhəmiyyət daşıyır: “Belə bir mexanizm axtarışlara, məlumat mübadiləsinə, məhkəmə-tibbi ekspertizaimkanlarının inkişafına və ailələrə dəstəyə töhfə verə bilər.

Bugünkü müzakirələrdən gözləntimiz konkret təkliflərdir: etibarlıməlumatlara çıxışın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması. Bütünfəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən aparılmalıdır.

İtkin vətəndaşlarımızın ailələrini əmin etmək istəyirəm: heç bir itkinimiz unudulmur. Dövlət Komissiyası onların taleyini aydınlaşdırmaq üçün bütünimkanlarını səfərbər etməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə davam edəcək.

.