Tanınmış jurnalist Anar Niftəliyevin AzNews.az-a müsahibəsi:
- Anar bəy, həyat yoldaşınız, tənqidçi Elnarə Tofiqqızının yoxluğundan bir neçə il keçib. Bu qədər vaxtdan sonra onun haqqında danışmaq necə hissdir?
- Asan deyil. Düzdü, aradan üç ilə yaxın müddət keçib. İndi əvvəlki ilə müqayisədə daha toxtağam. Eliş də sizlər kimi ədəbiyyat adamı idi. Mənəvi dəstəyiniz və bu məsələni gündəmdə saxlamaq istəyiniz mənim üçün çox xoşdur. Ona görə də bu söhbətdən qaçmaq istəmədim.
- Hələ də ona Eliş deyirsiniz?
- Adətən, verilişlərdə, efirdə, mətbuatda onun haqqında danışarkən Elnarə xanım deyirəm, amma mən həmişə onu Eliş çağırmışam.
- Heç ağlınıza gələrdimi bu cür ayrılacaqsınız?
- Mən həmişə ictimai-siyasi mühitdə olmuşam, səhhətimdə vaxtaşırı problemlərim olub. Özümə baxan deyiləm. Bu psixoloji gərginliklərə görə belə qənaətdə idim ki, 60 yaşa çatmaram. Ona görə ailəmizdə hər şey Elnarə xanımın üstündə qurulmuşdu. Həmişə ona deyərdim ki, mən həyatda olmasam, filan şey belə olsun, filan şey bu cür olsun və s. Düşünürdüm ki, yəqin mən həyatdan daha tez köçərəm. Elnarə xanımın belə tez dünyadan köçməsi ehtimalı ağlımızın ucundan da keçmirdi.
- Maraqlıdır, həmin klinikaya getmək təklifi kimdən gəlmişdi?
- Ailəmizin bir həkimi vardı - Fərəcullah İdrisov. Bizi klinikaya o aparmışdı, sonradan biləcəkdim ki, tamahına görə belə edibmiş. Elnarə xanımın səhhətində heç bir problem yox idi, vaxtaşırı müayinədən keçirdi. O hadisədən az öncə də tam müayinə olunmuşdu. Müayinə olunmasının isə səbəbi o idi ki, iki qızımız var, istəyirdik, bir oğlumuz da olsun… Yəni müayinə olunduğu və səhhətində heç bir problem olmadığı barədə əməliyyatdan az öncə, avqust ayında keçirilən analizlərin nəticələri var, bütün kağızlar, sənədləri saxlayıram.
- İstəyirdiniz ailə üzvlərinizin sayı artsın, amma azaldı...
- Hə... Allahın qisməti beləymiş. Yoxlandı ki, sağlam uşaq dünyaya gətirsin. Sonra bu problem çıxanda Milli Onkologiya Mərkəzində dedilər ki, ciddi deyil, amma indidən əməliyyat olunsa daha yaxşıdır, gələcəkdə hər hansı narahatlıqdan sığortalanmaq üçün. Həmin vaxt fikirləşirdik ki, 2014-cü ilin iyununda Türkiyəyə həm müalicə olunmaq üçün, həm də istirahətə gedək. Amma Fərəcullah İdrisov dedi ki, Türkiyəyə getmək lazım deyil. Dedi, özüm əməliyyatı təşkil edəcəm, əməliyyatda da özüm iştirak edəcəm. Sən demə, məqsədi ayrı imiş. Amma biz dost olmağımıza baxmayaraq, istənilən məbləği ona ödəyəcəkdik.
Fərəcullah mənə demişdi ki, əməliyyat üçün klinikaya 1000 manat ödənməlidir və razılaşmışdıq. Özünə isə ayrıca hörmət edəcəyimi demişdim. Hadisədən sonra məlum oldu ki, klinikanı cəmi 100 manata danışıbmış. Mən həyatımı etibar etmişdim, bu isə əməliyyatdan pul qazanmaq məqsədi ilə bizi səviyyəsiz klinikaya aparıbmış. Halbuki onun özünə əlavə pul verəcəyimi demişdim. Aldatdı bizi, apardı klinikaya. Sonradan məlum oldu ki, səviyyəsiz, avadanlıqları köhnə, personalı bərbad bir klinika imiş. Qazanc xətrinə həyatımı məhv etdi…
- Doğrudanmı həyatınızı məhv olmuş hesab edirsiniz?
- Birmənalı belədir. Bəlkə də cavan olsaydım, bu cür düşünməzdim. Biz Elnarə xanımla aspiranturada bir yerdə oxumuşuq. O, BDU-da məndən aşağı kursda oxuyurdu. O vaxtlar dost olduq və artıq 2002-ci ildən ailə qurmağa qərar verdik. Və ondan sonra bütün şəxsi həyatım, bayaq dediyim kimi, Elnarə xanımın üstündə quruldu. Mən heç vaxt özümə pal-paltar almamışam. Hər şeyi Eliş özü bəyənib, seçib alırdı. Hətta ailə qurduğumuz ilk illərdə dəlləyə də birlikdə gedirdik. Dəlləyə başa salırdı ki, mənim saçımı necə qırxsın. Düzdü, uşaqlar anadan olandan sonra artıq saçımın necə düzəlməyi əhəmiyyətini itirdi və bu vərdişi də unutduq…
Onu demək istəyirəm ki, hər şeyə Elnarə xanım qərar verirdi – yalnız yazı-pozuma, düşüncəmə qarışmırdı. Ona çox inanırdım - həm ağlına, həm dünyagörüşünə, həm də zövqünə güvənirdim. Ömrümün ən rəngli, gözəl illərini yaşadığın bir adamın qəfil yoxa çıxması dözülməzdir.
- İndi də Elnarə xanımın zövqü ilə geyinib, saçınızı onun zövqünə uyğun qırxdırırsınızmı?
- Yox... Elnarə xanım dünyasını dəyişəndən sonra hələ özümə paltar almamışam, onun aldığı paltarları geyinirəm. Qardaşım mənə bircə kostyum alıb, vəssalam.
- Yəqin, nə vaxtsa paltar almalı olacaqsınız. Kimin zövqü olacaq?
- Fikirləşirəm ki, qızım tez böyüsəydi, o qərar verərdi bu məsələlərdə. Zövqü də, düşüncəsi də anasına çox bənzəyir.
- Uşaqların neçə yaşı var?
- Böyük qızımın gələn ay 11 yaşı olacaq. Balaca 6 yaşına keçib.
- Analarının yoxluğunu dərk edirlərmi?
- Böyük qızım Xatun ilk gündən bilir, başa düşür. Onda hələ 8 yaşı vardı. Əvvəllər suallarıyla, sözlərilə mənə daha çox əziyyət verirdi. Artıq yavaş-yavaş qəbul edir. Kiçik qızım İnci isə bilmir. Düzdü, anasının qəbrini ziyarətə gedir, ancaq hələ də dərk etmir. Təsəvvür edin, qəbir üstündən ayrılanda deyir, ana, sağ ol, gedirəm, gələrsən.
Bir hadisə danışım. Dünən İnci mənə deyir ki, ata, Fatimə - qaynımın qızıdır - mənə dedi ki, heç kimə demə, sənin anan xəstəxanada deyil, ölüb. İnci bunu məndən elə formada soruşdu ki... Dedi, Fatimə yalan danışır da, hə, ata? Dedim, əlbəttə, yalan danışır… Söz də vermişəm ki, gələn ad gününə qədər ana gələcək. İndi, doğrusu, bilmirəm ad günündə ona nə deyəcəm, necə olacaq…
- Uşaqlara kim baxır?
- Anam...
- Bəs gələcək həyatınız barədə nəsə düşünürsünüzmü?
- Gələcək barədə fikirlərdən qaçıram. İndi mənim üçün övladlarımı böyütmək həddən artıq ağır və çətindir. Anamın yaşı çoxdur, səhhətində problemlər var. Uşaqlar da diqqət, qayğı istəyir. Mən isə işə görə çatdıra bilmirəm. Qayınanam bir az kömək edir, amma onun da səhhəti yaxşı deyil. Nə bilim... Hər gün düşünürəm, bu günü də yaşayım, sabah baxarıq. Hər gün düşüncələrim sabaha ertələnir.
- Uşaqlar böyüyüb hərəsi bir ocağa gedəcək. Siz isə...
- Bəli... Tez-tez xəbər yayırıq ki, filan tənha evində ölü tapılıb, qonşuları xəbər edib, FHN bağlı qapını açıb, artıq bir neçə gündür ölən adamı aidiyyəti üzrə təhvil verib və s. Belə xəbərləri oxuyanda fikirləşirəm ki, mənim də aqibətim bu cür olacaq. Şipşirin qızlarım vaxt gələcək, böyüyəcək, ailə quracaq. Mən isə tək qalmağa məcburam. Qızlarım mənimlə qalmaq istəsələr belə razı olmaram. Çünki onların analarının arzularına uyğun öz həyatları olmalıdır, qoca ataya ən gözəl günlərini həsr edə bilməzlər ki!
- Bəlkə uşaqları Elnarə xanımın da yerinə sevirsiniz deyə, hisslərinizin miqyası bu qədər böyükdür...
- Deyəsən, hə... Elədir. Əvvəldən də hər ikisini çox istəmişəm. İndi fikirləşirəm ki, onları həm də analarının yerinə sevməliyəm. Özü də analarına çox oxşayırlar. Yerişləri, duruşları, davranışları, sözləri, səsləri... hamısı Elişi xatırladır.
- Anar bəy, həkimin həbs olunması ilə bağlı çox səy göstərirsiniz...
- Nəticə oldu. Ötən ilin avqustunda anestezioloqa 2,5 il həbs cəzası verdilər. Amma indi amnistiyaya düşüb, yəqin azadlığa buraxacaqlar.
- Onun amnistiya düşməsi sizi narahat edirmi?
- Tam səmimi deyirəm: yox!
- Amma sizdə bir intiqam hissi görürəm.
- Xeyr! Mən Elnarə xanımın həkim məsuliyyətsizliyi ucbatından dünyadan köçməsini daim gündəmdə saxlamaqla bu tip ölümlərin qarşısının alınmasını istəmişəm. Bəlkə həkimlər hansısa zəruri olmayan əməliyyatdan qorxub imtina edərlər deyə. Tam əminəm ki, bu 3 illik mübarizədə ən azı bir insanın həyatını xilas etmişik. Bütün media, televiziya, dostlar, hətta məni tanımayan, münasibətimin yaxşı olmadığı həmkarlarım belə yanımda oldular – hamısına minnətdaram və bunu bir ömür unutmaram.
Media həm də bu məsələdə böyük iradə göstərdi, bu hadisənin timsalında həkim terroruna qarşı ciddi mövqe qoydu ortalığa. Bu məsələ demək olar ki, bütün həkimlərə, xəstələrə, oxuculara çatdı. Həkimlər anladı ki, ehtiyac olmadan insanları əməliyyata alarlarsa, səhlənkarlıq edərlərsə, onlar həbs oluna, yüksək məbləğdə cərimə edilə bilərlər. Bilirsinizmi, həkimlərin böyük əksəriyyəti, xüsusən cərrahlar, ginekoloqlar bizə pasient kimi deyil, müştəri kimi baxırlar. Və tam əminliklə deyirəm ki, bu məsələdən sonra onların müştəriləri xeyli azaldı. O baxımdan deyirəm ki, bu 3 ildə ən azı bir ananın həyatını xilas etmiş sayılırıq, bir ailəni məhv olmaqdan qorumuşuq.
- O vaxt məsələ ilə bağlı Daxili İşlər naziri Ramil Usubova ünvanladığınız məşhur müraciət vardı. Onun bir əhəmiyyəti oldumu?
- Təbii ki... Usubovların hər ikisi – həm Ramil Usubov, həm də Rüstəm Usubov çox ləyaqətli adamdırlar. Rüstəm Usubovun sayəsində prokurorluqda aparılan istintaq nəhayət ki, ədalətli məcraya yönəldi və anestezioloq layiq olduğu cəzanı aldı. Nazir Ramil Usubovun müraciətimə dərhal reaksiya verməsi isə Fərəcullah İdrisovun cinayətdən yayınmasının qarşısını aldı.
Düzdür, F.İdrisov cəza almadı, çünki cinayət hadisəsindən 2 ildən çox vaxt keçmişdi və o, cinayətin cəza hissəsindən canını qurtardı, ancaq dələduzluğa cəhd maddəsi ilə məhkum elan edildi… Mən Allahın böyüklüyünü dərk edən adamam. Kim nə günah işləyibsə, onun cəzasını çəkməyini istəyirəm, qanunvericiliyə uyğun. Çox təəssüf olsun ki, Azərbaycan qanunvericiliynə görə, o adam 10 il həbs cəzası ala bilmir. Ancaq qanunvericiliyimizdə nə cəza nəzərdə tutulubsa, onu da çəksinlər. İndi qanunla amnistiya tətbiq olunursa, əlbəttə, azadlığa çıxmalıdır və mən ona aqressiya ilə yanaşmaram. Yəni qanunvericilik nə tələb edirsə, o olsun, gerisinə Allah özü qərar verəcək.
- Həkimlərdən biri həbs olundu, digəri məhkum edildi… Məsələ sizin üçün bağlandımı?
- Bu iş mənim üçün ömrümün sonuna kimi bağlana bilməz! Hələ onların ödəyəcəyi mənəvi təzminat var.
- Təzminatın məbləği nə qədərdir?
- Yetmiş beş min manatdır. Ali Məhkəmənin bu barədə qərarı icradadır. Həm də bunu xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda mənəvi təzminat olaraq ilk dəfə idi bu qədər məbləğ müəyyənləşirdi. Bu, məhkəmə sistemimizin də həkim terroruna qarşı çıxması, bir normal presidentin əsasını qoyması deməkdir. Əlavə olaraq, mənə maddi təzminat iddiası qaldırmaq hüququm da qətnamədə elan olundu və mən artıq bu hüququmdan istifadə edirəm, Yasamal Məhkəməsində iddia ərizəmiz qəbul edilib.
- Bayaq dediniz ki, bu hadisənin ictimailəşməsində medianın çox böyük rolu oldu. Yadıma gəlir, Elnarə xanım haqqında bir verilişin ANS-də anonsu getmişdi. Amma efirə verilərkən, Elnarə xanımla bağlı olan hissə çıxarılmışdı.
- Elçin Əlibəylinin hazırladığı verilişi deyirsiniz… Verilişin 6 gün reklamı getdi. Amma bir gün qalmış anons büsbütün dəyişdirildi və Elnarə xanımın ölümü ilə bağlı müzakirə montaj olunaraq çıxarıldı. Bunun səbəbi nə idi, mən dəqiq deyə bilmərəm. Amma bütün hallarda bu hərəkəti jurnalist həmkarıma – Elçin Əlibəyliyə bağışlamayacağam.
- Səhv eləmirəmsə, o vaxt Elçin Əlibəylinin rüşvət alıb razılaşmaya getdiyi də deyilirdi...
- Bu, sadəcə, mənim şübhəm idi. Əsl mahiyyəti Allah bilir, ancaq məncə, qarşı tərəf Elçin Əlibəylini və ya kimisə ələ almağı bacarmışdı. Bəlkə də o vaxtlar əsəbi olub Elçin haqqında etikadan kənar sözlər yazmışam, yəni ehtiyac yox idi o cür sözlərə, amma əlbəttə ki, yenə deyirəm, bu hərəkəti ona həmkar kimi bağışlamayacağam. Bilirsiniz, elə dəyərlər var ki, ona toxunmaq olmaz. Kiminsə məhv olmuş dünyası üzərində oyun qurmaq olmaz. Qəbir evinə qədər unudulmayacaq şeylər var...
- Anar bəy, Elnarə xanımın kitabı çıxmışdı?
- 3 araşdırma kitabı çıxıb. Şifahi xalq ədəbiyyatının tədqiqatçılarından idi. Tədqiqat predmeti "Koroğlu” dastanı olmuşdu. Ən dəyərli tədqiqatlarından biri isə "Koroğlunun Təbriz variantı”dır. 28 məclisdən ibarət mükəmməl bir əsərdir. Elnarə xanım bu əsəri əski əlifbadan transleterasiya etdi, ön söz, şərh, izah və lüğətlə 2005-ci ildə dərc etdirdi.
- Bəs niyə tənqidi məqalələrindən ibarət kitabı yoxdur? Yazılarını toplayıb kitab çıxartdırmaq fikriniz varmı?
- Onu demək istəyirdim, məni qabaqladın. Düzü, həcmi böyükdü, 30-a yaxın məqaləsi var. Onları seçmək, tərtib etmək mənim işimdir, onu başqasına etibar edə bilmərəm. Mənimsə bu aralar vaxtım yoxdur, bilirsiniz. Eliş həmişə deyirdi ki, əsər təhlilə cəlb olunması üçün kodlar verməlidir. Onun fikrinə görə, tənqid kimisə tərif və ya kimisə tənqid etməkdən ibarət deyil. Ədəbi tənqid əsərin təhlilindən ibarətdir. Təhlildən sonra tənqidçi nəticəni oxucunun ixtiyarına buraxmalıdır… Elişin bu meyarlarla yanaşdığı məqalələri seçməliyəm və onları tərtib etməliyəm. Çox ciddi və məsuliyyətli iş kimi baxıram, ona görə tələsmirəm onun ədəbi-tənqidi kitabının dərcinə.
Yeri gəlmişkən, "tənqidçi” sözündən qıcıqlanırdı. Deyirdi ki, mənə tənqidçi deməyin, tənqid - ayrıca sahə, ixtisasdır. Kiməsə qarşı nə birtərəfli simpatiyası, nə də antipatiyası vardı. Həmişə neytral mövqedə qalırdı, obyektiv idi. Hansı əsərdə mifoloji kodlar vardısa, onu daha həvəslə araşdırıdı. Çünki bu onun ixtisası idi. Ona görə də Kamal Abdullanın əsərlərini daha yaxşı təhlil etməyi bacarmışdı – mən belə düşünürəm. Sənin "Çöl” romanın, Pərvizin "Yad dildə”, Şərif Ağayarın "Haramı”sı haqqında da ürəklə yazmışdı. Çünki siz hamınız mifoloji yaddaşla yazırsınız. Bu yazıların hamısını dərc olunduğu saytlardan yığıb saxlayıram. Elnarə xanımın yazılarını öz yazılarımdan dəyərli hesab edirəm.
- Elnarə xanım ədəbi həyatımıza qəfil gəldi, qəfil də getdi...
- Belə deyim: O, 2008-ci ildə AMEA Folklor İnstutundan ayrıldı. Bundan sonra isə evə, özünə çox qapandı. Bunu ona hiss etdirmirdim, amma elmi işlərini yarımçıq saxlaması, gərginliyi mənə əzab verirdi. Həmin vaxtı ailəvi dostumuz Pərviz Cəbrayılın əsəri çap olundu. Elnarə xanım onu oxudu və çox xoşuna gəldi. Bu əsər haqda həcmcə çox böyük sayılan bir məqalə yazdı. Və mən onu hissə-hissə "Oxu zalı”nda dərc elətdirdim. Ondan sonra isə "Oxu zalı”nın redaktoru Rövşən Qənbərov sağ olsun, əl çəkmədi. Rövşənin bu israrları isə Elnarə xanıma bir ayrı stimul oldu. Yəni elmdən küsmüşdu, yaradıcılıqdan ayrılmışdı.
Belə bir vaxtda Rövşənin Praqadan az qala gündə 3 dəfə zəng vurması, onun bu ədəbi qabiliyyətini gizlətməyə haqqının olmamasını deməsi, təkidləri Elnarə xanımı sanki ədəbiyyata qaytardı. Mən də evdə təziqlər edirdim: Evdə mən, çöldə Rövşənin və Pərvizin planlaşırılmış, razılaşdırdığımız (bu planımızdan Elnarə xanımın xəbəri yox idi və heç zaman da olmadı) "hücumu” Elnarə xanımda özünəinam yaratdı və bir-birinin ardınca gözəl məqalələri işıq üzü gördü. Təbii ki, bu təziqin "əsas koordinatoru” razılaşdığımız kimi, Rövşən idi. Buna görə mən ona ömrümün sonuna qədər borcluyam. O mənim kiçik qardaşımdır... Bu yolla Elnarə xanım çox sürətlə öz yaradıcılığını bərpa etdi. Sonra Kamal müəllim BSU-ya dəvət etdi və bu da onun inzibatçı kimi imkanlarını ortaya qoymasına əlavə şərait yaratdı. Kamal müəllimin ona inanması, istedadını dəyərləndirməsi bizim ailəmizə növbəti mənəvi dəstək idi. Ona görə hər zaman deyirəm ki, aradan dağlar-dərələr keçsə belə, yüzillərlə görüşməsək də, Kamal Abdulla mənim böyük qardaşım olaraq qalacaq. Yəni həyatda dəyərlərimiz var, onları qoruyanlarla bir ömür birgəyik…
Az sonra isə Milli Kitab Mükafatına ekspert kimi dəvət edildi və bu da onun özünü təqdiqləməsi üçün növbəti səhifə oldu. Bir məsələni xüsusi vurğulayım: əgər diqqət etmişdinsə, Elnarə xanımın tənqid etdiyi yazarlar ondan incimirdilər. Səbəbi vardı. Eliş deyirdi ki, ədəbiyyatçılar söz adamlarıdır, yazıdakı cümlənin hansı hisslə yazıldığını dəqiq duyurlar. Elnarə xanım bilərəkdən, qəsdən kiminsə əleyhinə nəsə yazmırdı. O, hamını sevərək tənqid edirdi. Ona görə də ona qarşı heç kimdə aqressiya yox idi və bu mənim çox xoşuma gəlirdi. Bu cür obyektivliyi, istedadı və qabiliyyəti nəticəsində də ədəbi mühitdə çox sürətlə populyarlaşdı, qəbul olundu və sevildi… Gözünün işığı belə olsa, əsəri bəyənməsə, onun haqqında yazı yazmazdı. Səni inandırıram, ona qarşı olan xoş reaksiyalardan o qədər sevinirdi ki...
- Son gününüz yadınızdadırmı? Nə barədə danışırdınız?
- Son səhnələr heç vaxt yaddan çıxmır. Sentyabrın 19-da axşam balaca qayınımla görüşdüm. Restoranda oturmuşduq. Söhbət elədiyimiz yerdə Eliş mesaj yazdı ki, gəlmirsən? yazdım ki, qardaşınlayam. Sonra yenə mesaj yazdı ki, bəs sabah mən əməliyyata gedirəm, niyə yanımda yoxsan? Dərhal getdim evə, gördüm küsüb. Qızım da küsəyəndi, bu xasiyyəti də eynilə anasına oxşayır. Sonra başımız qarışdı, o, qardaşı ilə danışdı telefonda, mən saytlara girdim.
Dəqiq yadımdadır, "Ailəm.az” saytından süd vəzi kanalındakı popilloma ilə bağlı yazı gördüm, oxudum ki, hətta ilkin mərhələdə orqanizm bu xəstəliyi özü geri sovura da bilir, yəni heç bir təhlükədən söhbət gedə bilməz. Dərhal getdim Elişə deyəm ki, yazını oxusun, bəlkə əməliyyata getməyək. Doğrudan da orqanizmin bu xəstəliyi sağaltma imkanı varsa, bunu niyə gözləməyək? Bunları müzakirə etmək üçün o biri otağa keçəndə gördüm ki, yatıb. Oyatmağa qıymadım. Heç yatmazdı o vaxt, gec yatırdı həmişə… İndi fikirləşirəm ki, onu oyatmağa qıysaydım, bəlkə də sonuc belə olmayacaqdı. Ona görə hərdən düşünürəm ki, bəlkə də mənim sevgim onu məhv elədi. Onu daha az sevsəydim, ona bir az qıyımım olsaydı, ölməzdi.
- Kimi itirmək istəyirsinizə, onu çox sevin!
- Hə, elədir. Elişə qarşı sevgim az olsaydı, onun əməliyyat olunmağına biganə yanaşacaqdım. Deyəcəkdim, əməliyyata getmə... Yadımdan çıxmayan elə xırdalıqlar var ki… Fərəcullah demişdi ki, əməliyyat öncəsi müayinələr Topçubaşov adına xəstəxanada (Fərəcullahın işlədiyi yerdə) olacaq. Ona görə 20 sentyabrda, səhər ora getdik. Ordan çıxıb həmən "Medi Sina”ya əməliyyata gedəndə Eliş dedi ki, gedək, evdən idman paltarımı götürək, xəstəxanada geyinmək üçün. Mən də dedim yox, gedək, təzəsini alaq. Təzəsini aldıq, amma bir dəfə də geyinə bilmədi… 20 Yanvarda "Velotrek” deyilən yerdən aldıq. Orda bir mağazaya girəndə birdən baxdım, Elişə dedim, bu mağazanı tanıyırsan? Güldü, hə dedi. 2004-cü ildə toy ərəfəsində "toy bazarlığımızı” ordan etmişdik. Təxminən 10 il qabaq orda olmuşduq. Çox qəribə bir təsadüf idi. Sanki satıcının timsalında ailə həyatımızla vidalaşmağa gəlmişdik.
Həmin vaxt içimdə dəhşətli hiss vardı… Əclaf Fərəcullah 100 faiz təminat verməsəydi, əməliyyat olmayacaqdı. Ona görə də özümü inandırdım ki, yaxşı olacaq. Hətta demişdim ki, Fərəcullah, 99 faiz təminat verirsənsə, əməliyyata girməyək. Dedi, heç bir şübhən olmasın. Yenə dedim, bax, Fərəcullah, iki övladımız var ha! Dedi, yox, ürəyinizdə xal qalmasın, 15 dəqiqəlik əməliyyatdır… Son dəfə əməliyyatdan öncə bir yerdəydik. Anası ilə oturmuşdular. Fərəcullah mənə dedi ki, istəyirsənsə, özün də əməliyyatda iştirak elə. Eliş gülə-gülə qayıtdı ki, mənim barmağıma tikan batanda Anarın ürəyi gedir, o əməliyyatda dura bilər? Dedim hə, girə bilmərəm. Elə bunu deyə-deyə çıxdım çölə. Vəssalam...
- Bir də eşitdin ki...
- 15-20 dəqiqə gözlədim. Sonra Fərəcullah həyəcanla çıxıb mənə dedi ki, üstündə əlavə pul varmı? Dedim hə, nə olub? Dedi, super anestezioloq dəvət etmişəm, ona əlavə pul verəcəksən. Soruşdum ki, necə yəni, bəs, əməliyyatda iştirak edən "super-anestezioloq” deyil? Sən bizi hara gətirmisən? Sən demə, artıq Eliş keçinibmiş. Aparat düzgün işləməyib, səhlənkarlıq ediblər, ağciyərə gedən oksigen bağlanıb…
.