Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 16 fevral və 11 may tarixlərində keçirilib.

İmtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur.

İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.

2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.

Aşağıdakı cədvəllərdə bakalavrların 2025 və 2024-cü illərdə keçirilən imtahanlarda topladıqları ballarla tanış ola bilərsiniz.

Magistratura - 2025

Bakalavrların sayı: 26241

Bal
intervalları

Bakalavrların

sayı
(tezliklər)

0 - 30

3147

30 - 35

2209

35 - 40

2868

40 - 45

3168

45 - 50

3345

50 - 55

3102

55 - 60

2636

60 - 65

2137

65 - 70

1610

70 - 75

1031

75 - 80

607

80 - 85

255

85 - 90

94

90 - 95

27

95 - 100

5

Magistratura - 2024

Bakalavrların sayı: 24858

Bal
intervalları

Bakalavrların
sayı
(tezliklər)

0 - 30

2301

30 - 35

1932

35 - 40

2613

40 - 45

3204

45 - 50

3351

50 - 55

3069

55 - 60

2707

60 - 65

2100

65 - 70

1475

70 - 75

1035

75 - 80

613

80 - 85

279

85 - 90

135

90 - 95

39

95 - 100

5

.