Dieqo Simeone yaxın vaxtlarda İspaniyanın "Atletiko" futbol komandasının baş məşqçi postunu tərk edə bilər.

"Marca" verdiyi məlumata görə, səbəb klubun qeyri-qənaətbəxş nəticələridir. 49 yaşlı mütəxəssisin xidmətlərində Fransa PSJ-sinin maraqlı olduğu bildirilir.

"Atletiko" La Liqada 15 turdan sonra 25 xalla 6-cı yerdə gedir. Çempionlar Liqasında isə Madrid təmsilçisi "pley-off"a vəsiqə məsələsini hələ həll edə bilməyib.

Qeyd edək ki, Dieqo Simeone "Atletiko"ya 2011-ci ilin qışından rəhbərlik edir. Argentinalı baş məşqçinin rəhbərliyi altında "matrasçılar" 7 kubok qazanıblar və 2 dəfə Çempionlar Liqasının finalınadək irəliləyiblər.
.