Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Kultorve meydanında hücuma məruz qaldıqdan sonra bir neçə seçki kampaniyası tədbirlərini ləğv edib.

Yenizaman bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

M.Frederiksenin ofisi onun xəstəxanada müayinəyə ehtiyacı olduğunu bildirib.

Qeyd edilib ki, Baş nazir iyunun 7-də hücum zamanı yüngül xəsarət alıb: “Onun vəziyyəti yaxşıdır. Lakin bu hadisə onu sarsıdıb”.

Danimarkanın Baş nazirinə hücum edən 39 yaşlı şəxs hadisədən dərhal sonra saxlanılıb.

.