Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb.

Icma səfər çərçivəsində bir sıra görüşlər keçirməyi planlaşdırıb.

Qurum rəsmisi Əhməd Mahmudov Trend-ə bildirib ki, icma üzvləri bu gün bir sıra görüşlər keçirəcək, Azərbaycan həqiqətləri barədə bir sıra məlumatlar veriləcək: "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb. Burda keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarmızın davamı olacağına əminəm. Erməni diasporunun əsas dayaqlarının yerləşdiyi ölkələrdən olan Belçikada xalqımızın haqq səsini çatdırmaq əsas vəzifəmizdir".
.