Brexit üçün səsvermənin vaxtı müəyyən olub. Deputatlar yanvarın 15-də Baş nazir Tereza Meyin Brexit planları üzrə səs verəcəklər.
BBC xəbər verir ki, bu dəfə səsvermənin vaxtı dəyişilməyəcək. Eyni zamanda, 200-dən çox deputat Tereza Meyə məktub göndərərək onu "Brexit”dən əl çəkməyə çağırıb. Hətta xanım Meyin öz partiyasından olan deputatların da bəziləri bu plana qarşı çıxıblar.
Böyük Britaniya hökumətindən isə bildiriblər ki, səsvermənin nə vaxt keçiriləcəyindən asılı olmayaraq, plan baş tutacaq.
.
