Bakıda 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılaraq ölüb.

Noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində aparılan söküntü işləri ilə əlaqədar tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin sürücüsü Xocalı rayon sakini 1996-cı il təvəllüdlü Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yerə yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

.