Seçki dairələrinin yenidən təşkili və azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin təşkilindən sonra ölkə üzrə seçki məntəqələrinin sayı açıqlanıb.

Bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada MSK katibi Mikayıl Rəhimli bildirib.

O nəzərə çatdırıb ki, 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var. Bu seçki məntəqələrinin 26-ı işğaldan azad olunmuş ərazilərdə yerləşir.

.