Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk azərbaycanlı həmkarı Şahin Mustafayev ilə İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib.

Yenizaman TASS-a istinadən xəbər verir ki, görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

“İqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmsədrlər Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qarşıdan gələn iclasının gündəliyində duran əsas məsələlərə xüsusi diqqət yetiriblər”, - məlumatda qeyd edilib.

Tərəflər Rusiya ilə Azərbaycan arasında Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticari-iqtisadi əməkdaşlığın cari məsələlərini də müzakirə ediblər.

.