Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik məsələləri üzrə ikinci dialoq dekabrın 19-da Bakıda keçiriləcək.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Təhlükəsizlik məsələləri üzrə dialoq Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan-Kristof Belliardın həmsədrliyi altında baş tutacaq.

Dialoq çərçivəsində təhlükəsizlik məsələlərinə dair geniş məsləhətləşmələr aparılacaq.
.