
Avropa İttifaqı ötən ay Vaşinqtonla əldə olunmuş razılaşmadan sonra ABŞ-dan idxal olunan 93 milyard avro dəyərindəki mallara tətbiq edilməli olan cavab tariflərini dayandırıb.
Bu barədə Avropa Komissiyasının ticarət üzrə sözçüsü Olof Gill bəyanat verib.
Onun sözlərinə görə, 7 avqustda qüvvəyə minməsi planlaşdırılan tariflər Komissiyanın zəruri hüquqi prosedurları tamamlamasından sonra dayandırılıb.
Qərar tərəflər arasında ticarət gərginliyinin yumşaldılması istiqamətində addım kimi qiymətləndirilir.
.